Çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün dünya çempionatının final mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz İspaniyanın Kadis şəhərində keçirilən mundialın 1/8 finalında Portuqaliya yığması ilə qarşılaşıb.
Sahib Məmmədovun baş məşqçisi olduğu komanda 5:13 hesabı ilə uduzub. Nəticədə yığmamız bu dünya çempionatında mübarizəni dayandırıb.
Xatırladaq ki, A qrupunda yer alan Azərbaycan millisi daha əvvəl yer aldığı A qrupunda İngiltərə (4:0) və Gürcüstan (7:2) yığmalarına qalib gəlsə də, İspaniyaya (0:7) uduzmuşdu.


