Cordan Pikford İngiltərə millisinin mundial rekordunu təkrarladı

İngiltərə millisinin qapıçısı Cordan Pikford dünya çempionatlarında keçirdiyi oyunların sayına görə ölkə rekorduna şərik çıxıb.

Arena.az xəbər verir ki, 32 yaşlı qolkiper DÇ-2026-nın 1/8 finalında Meksikaya qarşı keçirilən oyunda start heyətində meydana çıxmaqla mundiallarda 17-ci matçını keçirib.

Bununla Pikford İngiltərə futbolunun əfsanəvi qapıçısı Piter Şiltonun rekordunu təkrarlayıb. Şilton 1982, 1986 və 1990-cı illərdə keçirilmiş üç dünya çempionatında ümumilikdə 17 oyunda meydana çıxmışdı.

Qeyd edək ki, Şilton 125 oyunla İngiltərə millisinin tarixində ən çox oyun keçirən futbolçu rekordunu da əlində saxlayır.

Cordan Pikford 2017-ci ildən “Everton” klubunun formasını geyinir. Bu, onun karyerasında üçüncü dünya çempionatıdır. O, bundan əvvəl 2018 və 2022-ci il mundiallarında da İngiltərə millisinin əsas qapıçısı olub və hər iki turnirdə komandasının 1/4 finala yüksəlməsində mühüm rol oynayıb.

İngiltərə millisi Meksika ilə qarşılaşmadan qalib ayrılacağı təqdirdə, Pikford növbəti oyunda Şiltonu geridə qoyaraq ölkəsinin dünya çempionatları tarixində ən çox oyun keçirən futbolçusu olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: