Coy Lens Mikels qabırğa zədəsi alıb

Premyer Liqanın 7-ci turunun “Karvan”la səfər matçında ciddi zədə almış “Sabah”ın hücumçusu Coy Lens Mikels tibbi müayinədən keçib.

Arena.az xəbər verir ki, müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb.

Həkimlərin rəyinə əsasən, futbolçuya qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək.

Xatırladaq ki, hücumçu matçın sonlarında rəqib qapıçı Kamran İbrahimovla hava mübarizəsi zamanı belindən zərbə alıb. Həkimlərin ilkin müdaxiləsindən sonra futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb. Bu üzdən də təcili tibbi yardım avtomobili meydana dəvət olunub. Mikels həkim nəzarətində dərhal xəstəxanaya aparılıb.

Qarşılaşma “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandasının bu oyundakı ilk qolunu məhz Coy Lens Mikels vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: