Azərbaycan çempionu “Qarabağ”ın İspaniyadan olan sabiq futbolçusu Dani Kintana Ağdam klubu ilə bağlı fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, 37 yaşlı keçmiş yarımmüdafiəçi “Canarias 7” nəşrinə açıqlamasında bunları söyləyib:
“Qarabağ”ın bütün üzvlərinə minnətdaram, bu kluba təşəkkürüm sonsuzdur. Oradakı şəraitdən çox razı qalmışdım. Çox düzgün klubdur. Hər matça görə bütün bonusları almışam, maaş problemi yox idi. Onlar çox müasirdirlər, imkanlar inanılmazdır”.
Xatırladaq ki, Dani Kintana 2015-2020-ci illər aralığında “Qarabağ”ın formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan futbolçu 2 dəfə ölkə kubokunu qazanıb. O, Ağdam klubunun heyətində bütövlükdə 148 matç keçirib, 42 qol vurub, 23 məhsuldar ötürmə müəllifi olub.


