DÇ-2026: Mundiala vəsiqə qazanmış komandaların sayı 28-ə çatdı

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsinə vəsiqə qazanmış komandaların sayı 28-ə çatıb.

Arena.az xəbər verir ki, ötən gecə keçirilmiş oyunlardan sonra daha beş komanda mundiala vəsiqə qazanıb.

Bunlardan biri İngiltərə yığmasıdır. Sözügedən komanda Avropa zonasından dünya çempionatına vəsiqə qazanmış ilk, həm də hələlik yeganə yığmadır.

Asiya zonasından Qətər və Səudiyyə Ərəbistanı yığmaları da dünya çempionatında iştirak hüququ qazanıblar. Afrika zonasından isə Seneqal və Kot-d’İvuar yığmaları mundiala vəsiqəni təmin ediblər.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.

Dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşmiş 28 komandanın siyahısı belədir:

Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
Yaponiya
Yeni Zelandiya
İran
Argentina
Özbəkistan (debüt)
Cənubi Koreya
İordaniya (debüt)
Avstraliya
Braziliya
Ekvador
Uruqvay
Kolumbiya
Paraqvay
Mərakeş
Tunis
Misir
Əlcəzair
Qana
Kabo Verde (debüt)
Cənubi Afrika
İngiltərə
Seneqal
Səudiyyə Ərəbistanı
Kot-d’İvuar
Qətər

Xəbəri sosial şəbəkələrdə paylaş: