Denni Drinkuoter futbolçu karyerasını bitirdi

Futbol üzrə İngiltərə milli komandasının mərkəz yarımmüdafiəçisi Denni Drinkuoter karyerasını başa vurduğunu elan edib.

Arena.az xəbər verir ki, 2022-ci ilin yayında “Çelsi”dən ayrılandan işsiz olan təcrübəli futbolçu 33 yaşında karyerasını nöqtələməyə qərar verib. O, bu qərarını ötən gün açıqlayıb.

Denni Drinkuoter “Mançester Yunayted”in yetirməsidir. O, karyerası ərzində “Haddersfild Taun”, “Kardiff Siti”, “Uotford”, “Barnsli”, “Lester Siti”, “Çelsi”, “Börnli”, “Aston Villa”, “Kasımpaşa” və “Ridinq” kimi klublarda da forma geyinib. Drinkuoter İngiltərə milli komandasında da 3 oyun keçirib.

Sonda Drinkuoterin formasını geyindiyi klublardakı statistikasını təqdim edirik:

“Lester Siti” – 218 oyun, 15 qol, 23 məhsuldar ötürmə

“Haddersfild Taun” – 37 oyun, 2 qol, 6 məhsuldar ötürmə

“Ridinq” – 34 oyun, 1 qol, 1 məhsuldar ötürmə

“Çelsi” – 23 oyun, 1 qol

“Barnsli” – 18 oyun, 1 qol, 6 məhsuldar ötürmə

“Uotford” – 12 oyun

“Kardiff Siti” – 12 oyun, 1 məhsuldar ötürmə

“Kasımpaşa” – 11 oyun

“Aston Villa” – 4 oyun

“Börnli” – 2 oyun

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: