Deyan Kuluşevski ardıcıl 2-ci dəfə ilin ən yaxşı futbolçusu seçildi

İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Deyan Kuluşevski İsveçdə 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının saytı məlumat yayıb.

Kuluşevski ardıcıl ikinci ildir ki, bu mükafatı alır.

Təcrübəli futbolçu həm də İsveçdə ilin ən yaxşı yarımmüdafiəçisi mükafatını qazanıb.

Xatırladaq ki, Deyan Kuluşevski 2022-ci ilin yanvarından “Tottenhem”də çıxış edir. Onun London təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilin iyununa qədərdir. Yarımmüdafiəçi “mahmızlar”ın heyətində bütövlükdə 77 oyuna çıxıb, 12 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.

Kuluşevski “Tottenhem”dən öncə İtaliyada “Yuventus”, “Atalanta” və “Parma”nın uğurları üçün çalışıb. O, İsveç milli komandasında 35 matça çıxıb, 3 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: