Futbol üzrə İspaniya milli komandasının sabiq hücumçusu Dieqo Kosta karyerasını Braziliyada davam etdirəcək.
Arena.az xəbər verir ki, ötən ilin sonundan işsiz olan 32 yaşlı futbolçu Braziliyanın “Atletiko Mineyro” klubuna keçib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Kosta ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Dieqo Kosta son olaraq İspaniyanın “Atletiko” klubunun uğurları üçün çalışıb. O, 2018-ci ildən formasını geyindiyi Madrid təmsilçisindən ötən ilin sonunda ayrılmışdı. Braziliya əsilli forvard daha öncə “Penafiel”, “Braqa”, “Selta”, “Albasete”, “Valyadolid”, “Rayo Valyekano” və “Çelsi” klublarının da uğurları üçün çalışıb.


