Donnarumma PSJ-nin erkən çempionluğundan danışdı

PSJ-nin italyan qapıçısı Canluici Donnarumma Paris klubunun cari mövsümdə Fransa çempionluğunu erkən surətdə qazanmasını şərh edib.

Arena.az italyan qapıçının müvafiq açıqlamasını təqdim edir:

“Bütün komandanı və bütün əməkdaşlarımızı təbrik edirəm. Biz çox işləmişik, amma qarşıda çatmalı olduğumuz başqa məqsədlərimiz də var”, deyə Donnarumma vurğulayıb.

PSJ-ni prezidenti Nasser Əl-Xelaifi də Paris klubunun erkən çempionluğu barədə fikirlərini paylaşıb. Qətərli iş adamı bunları söyləyib:

“Biz Liqa 1-in çempionu olduğumuz üçün hədsiz surətdə qürur duyuruq. Bu, Avropanın ən güclü liqalarından biridir. Bu isə xüsusilə xoşdur”, deyə Əl-Xelaifi qeyd edib.

Xatırladaq ki, PSJ Liqa 1-in 28-ci turu çərçivəsində qarşılaşdığı “Anje” ilə ev oyununda 1:0 hesablı qələbə sayəsində ardıcıl 4-cü, tarixində isə 13-cü dəfə Fransa çempionluğunu bayram edib. Cari mövsümdə keçirdiyi 28 oyundan 74 xal toplamış PSJ Liqa 1-in yarış cədvəlinə başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: