Elbrus Məmmədov vəfat edib

Sumqayıt futbol məktəbinin tanınmış simalarından biri, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Elbrus Məmmədov vəfat edib.

Arena.az xəbər verir ki, azərbaycanlı mütəxəssis 52 yaşında dünyasını dəyişib.

Məmmədovun ürəyində yaranmış problemə görə dünyasını dəyişdiyi bildirilir. Belə ki, infarkt keçirmiş məşqçini həyatda saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, Elbrus Məmmədov futbolçu kimi Sumqayıt “Xəzər”i, “Viləş”, “Xəzər Universiteti” (indiki “Şamaxı”) klublarında çıxış edib.

O, “Xəzər Lənkəran”ın əsas və əvəzedici komandalarının, “Sumqayıt”ın əvəzedicilərinin və “İrəvan”ın baş məşqçisi olub. Məmmədov məşqçilik karyerası ərzində “Neftçi” və Azərbaycanın U-21 millisində də köməkçi məşqçi kimi işləyib.

Qeyd edək ki, Məmmədov 2015-2016-cı illərdə “Xəzər Lənkəran”ın baş məşqçisi olub.

Allah rəhmət eləsin!

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: