Elçin Səmədli ÇL oyunlarına təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan növbəti təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Elçin Səmədli futzal üzrə UEFA Çempionlar Liqasının 6-cı qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Bu qrupda “Gentofte” (Danimarka), “Riqa” (Latviya), “Radnik Bijeljina” (Bosniya və Herseqovina) və “Plzen” (Çexiya) komandaları mübarizə aparacaq. Oyunlar oktyabrın 25-dən 28-nə qədər Çexiyada təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: