Emerik Lyaport Səudiyyə Ərəbistanı Liqasını tənqid etdi

“Əl-Nəsr”in ispaniyalı mərkəz müdafiəçisi Emerik Lyaport Səudiyyə Ərəbistanı Peşəkar Liqasındakı peşəkarlıq səviyyəsini tənqid edib.

Arena.az AS dərgisinə istinadən, Lyaportun bu barədə fikirlərini təqdim edir:

“Avropa ilə böyük fərq var. Burada bizə o qədər də çox seçim verilmədi. Əslində, burada çoxlu narazı oyunçular var, amma bu, yaxşıdır, çünki biz bunu hər gün təkmilləşdiririk. Ola bilsin ki, gələcəkdə vəziyyət bir az da yaxşılaşsın. İndi onlar üçün öz klublarında böyük təcrübəyə malik avropalı oyunçuların çıxış etməsi yeni bir şeydir. Ola bilsin ki, onlar hələ buna öyrəşməyiblər və uyğunlaşmaq lazımdır.

Burada hər mənada çatışmazlıqlar var, eyni şey gündəlik həyata da aiddir. Hər şeyə yüngül yanaşırlar. Sizin qoyduğunuz tələblərə əhəmiyyət vermirlər. Öz qaydaları ilə oynayırlar. Bir məsələdə razılaşırsınız, sonra müqavilə bağlansa da, söz verdiklərini yerinə yetirmirlər. Sizinlə mübahisə edirlər. Bu, Avropada olmayan fəsaddır”, deyə Lyaport bildirib.

Xatırladaq ki, Emerik Lyaport 2023-cü ilin avqustunda 27,50 milyon avro qarşılığında “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib. Lyaportun “Əl-Nəsr”lə müqaviləsi 2026-cı ilin oyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Lyaport “Əl-Nəsr”in heyətində 21 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Emerik Lyaport 2021-ci ilin iyununda debüt etdiyi İspaniya yığmasının heyətində 26 oyuna çıxıb, 1 qol vurub. Maraqlıdır ki, Lyaport İspanyiya yığmasında çıxışına qədər Fransanın U-17, U-18, U-19, U-21 yığmalarında çıxış edib, hətta “xoruzlar”ın əsas yığmasına dəvət alıb, amma meydana çıxmayıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı ispaniyalı mərkəz müdafiəçisinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: