İngiltərənin “Arsenal” klubu yarımmüdafiəçisi Emil Smit Rou ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
20 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmır. Amma Britaniya mətbuatı tərəflərin 5 illik müqaviləyə imza atdığını yazır. Əvvəlki sözləşmənin müddəti bu yaya qədər idi.
Emil Smit Rou “Arsenal”ın öz yetirməsidir. O, 2019-cu ildə “Leypsiq”də, ötən il isə “Haddersfild Taun”da icarədə oynayıb. İngiltərənin U-21 yığmasının da üzvü olan futbolçu, “topçular”ın heyətində 45 rəsmi matça çıxıb, 8 qola imza atıb.
Sonda onu da qeyd edək ki, “Arsenal” Emilin yeni mövsümdən etibarən “10” nömrəli formanı geyinəcəyini açıqlayıb.


