“Everton” 22 yaşlı fransalı mərkəz hücumçusu Tyerno Barrini “Vilyarreal”dan tamhüquqlu əsasda “qənnadçılar”ın düşərgəsinə qatıb.
Arena.az bu barədə “Everton”un rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırıblar.
Keçid “Liverpul” klubuna 30 milyon avro məbləğ müqabilində başa gəlib.
Tyerno Barri futbola 2012-ci ildə “Monşa Lion” klubunda qədəmə qoyub, ardınca “Sen-Pri” və “Tulon”da çıxış edərək, 2021-ci ildə “Soşo”nun “B” komandasında böyük futbolda debüt edib. Hücumçu, karyerası ərzində “Vasland-Beveren”, “Bazel” və “Vilyarreal”da çıxış edib.
2024/2025-ci illər mövsümündə Barri “Vilyarreal” üçün 37 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə verib. Hücumçu həmçinin “Bazel” üçün həmin mövsümdə 4 oyun keçirib və 8 qol vurub.
Tyerno Barri Fransanın U-21 yığmasına cəlb edilsə də, “xoruzlar”ın əsas yığmasına hələ dəvət almayıb.
Tyerno Barrinin qənimətlər muzeyində “Bazel”lə qazandığı İsveçrə çempionluğu və İsveçrə Kuboku var.
“Transfermarkt” internet-portalı 22 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


