Fransa yığmasının keçmiş sol cinah müdafiəçisi Patris Evra bildirib ki, DÇ-2022-də qalibiyyəti Lionel Messiyə veriblər.
Arena.az “RMC Sport” dərgisinə istinadən, keçmiş futbolçunun müvafiq qənaətini təqdim edir:
“Okey, biz 2018-ci ildə dünya çempionatını qazanmadıq, amma biz hamımız bilirik ki, 2022-ci ildə dünya çempionatını Messiyə sadəcə olaraq verdilər. Hər şey artıq qabaqcadan həll edilmişdi. Hətta fransızlar da istəyirdilər ki, Messi qalib gəlsin… Oyunun əvvəlindəki penalti… Şəxsən mən, Deşamdan sonra gələcək kəsə uğurlar diləyirəm. Mən insanların necə: “hələ il yarım dözək”, deməsini eşidəndə, bu, mənim üçün hörmətsizliyin təzahürüdür”, deyə Evra vurğulayıb.
Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının final oyununda Argentina və Fransa yığmaları qarşılaşmış, əsas və əlavə vaxtı ümumilikdə 3:3 hesabı ilə başa çatmış oyuun penaltilər silsiləsinə sürüklənmişdi. Burada isə 4:2 hesablı qələbə qazanmış “albiseleste” tarixində üçüncü dəfə dünya çempionu adını qazanmışdı.


