Fakundo Kolidio “İnter”i “River Pleyt”ə dəyişdi

İtaliyanın “İnter” klubunun argentinalı hücumçusu Fakundo Kolidio bundan sonra karyerasını “River Pleyt”də davam etdirəcək.

Arena.az xəbər verir ki, Argentina təmsilçisi 23 yaşlı forvardın transferinin tamamlandığını açıqlayıb.

Tərəflər arasındakı müqavilə 2025-ci ilin 31 dekabrına kimi nəzərdə tutulub. “River Pleyt” bu transfer üçün “İnter”ə 4,5 milyon avro ödəyəcək.

Fakundo Kolidio 2017-ci ildə ölkəsindən ayrılıb və İtaliyanın “İnter” klubunun gənclərdən ibarət komandasında çıxış edib. O, başa çatan mövsümü icarə əsasında “Tiqre”də keçirib, 28 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Daha öncə “Sent Trüden”də də icarədə oynamış futbolçuya “İnter”in əsas komandasında debüt etmək qismət olmayıb. Hücumçu Argentinanın U-17 və U-20 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: