FIFA bu gün “The Best” mükafatının qaliblərini açıqlayacaq

Bu gün, yanvarın 15-də “The Best FIFA Football Awards 2023” tədbiri çərçivəsində futbol dünyasının ən yaxşıları mükafatlandırılacaq.

Arena.az məlumat verir ki, FIFA-nın 2023-cü ilin ən yaxşılarını mükafatlandırması mərasimi Londonda keçiriləcək.

Tədbirə Bakı vaxtı ilə 23:30-da start veriləcək.

3 futbolçu “2023-cü ilin ən yaxşı oyunçusu” mükafatı üçün qısa siyahıya düşüb:

  • “İnter Mayami”nin və Argentina yığmasının hücumçusu Lionel Messi;
  • “Mançester Siti”nin və Norveç yığmasının mərkəz hücumçusu Erlinq Haland;
  • PSJ-nin və Fransa yığmasının mərkəz hücumçusu Kilian Mbappe.

3 qapıçı “İlin ən yaxşı qapıçısı” mükafatına iddialılar siyahısında yer alıb:

  • Mərkakeş yığmasının qapıçısı Yassin Bunu (“Sevilya”, “Əl-Hilal”);
  • “Real”ın və Belçika yığmasının qapıçısı Tibo Kurtua;
  • “Mançester Siti”nin və Braziliya millisinin qapıçısı Ederson.

“Ən yaxşı məşqçi” adı uğrunda da 3 mütəxəssis təqdim edilib:

  • Xosep Qvardiola (“Mançester Siti”);
  • Simone İnzaqi (“İnter”);
  • Luçano Spaletti (“Napoli”, İtaliya yığması).

Qadın futbolunda “İlin ən yaxşı futbolçusu” adına iddiaçılar üçlüyündə isə Linda Kaysedo, Cennifer Ermoso və Aytana Bonmati yer alıblar.

Xatırladaq ki, 2022-ci ildə ən yaxşılar Lionel Messi (ilin oyunçusu), Lionel Skaloni (ilin məşqçisi) və Emiliano Martines (ilin qapıçısı) olublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: