Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılova yeni beynəlxalq təyinat verilib.
Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, beynəlxalq dərəcəli hakimlərimiz Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində Çexiya – Belçika oyununu idarə edəcək.
Qeyd edək ki, dekabrın 13-də Çexiyanın Plzen şəhərində keçiriləcək bu oyuna saat 22:00-da start veriləcək.


