Futzal üzrə Azərbaycan çempionatında transfer dönəmi başladı

Azərbaycan futzal liqalarında 2023/2024 mövsümü ərəfəsindəki yay transfer pəncərəsi bu gündən etibarən açıq elan edilib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bidlirilir ki, komandalar oyunçuları sentyabrın 19-da saat 23:59-a qədər qeydiyyatdan keçirə biləcəklər.

Xatırladaq ki, Azərbaycan Yüksək Liqası sentyabrın 25-də, Birinci Liqası isə oktyabrın 1-də start götürəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: