Gitay Sofir “Səbail”də – Rəsmi

İsrailin “Hapoel” (Akre) klubunun hücumameyilli yarımmüdafiəçisi Gitay Sofir bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Səbail” PFK daha bir futbolçunu heyətinə qatıb. “Dənizçilər” İsrailin “Hapoel” klubunda çıxış etmiş Gitay Sofirlə 1 illik müqavilə imzalayıb. 24 yaşlı yarımmüdafiəçi yeni komandasında 5 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, “Səbail” daha öncə Fərid Nəbiyev (“Turan Tovuz”), Nihad Quliyev (“Qarabağ”), Vüsal Məsimov (“Kəpəz”), Amir Bilali (“Qostivar”, Şimali Makedoniya), Dmitri Litvin (“Lusitaniya”, Portuqaliya), Qorka Larruçea (“Etar”, Bolqarıstan), Mert Çelik (“Başakşəhər”, Türkiyə), Gülağa Əsədov (“İmişli”), Əlirza Müştəbazadə (“Difau Ağsu”) və Ayman Bualini (“Ümraniyəspor”, Türkiyə) də transfer etmişdi.

Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədov isə klubla yeni müqavilə bağlayıblar.

Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyev, Rafael Məhərrəmli (“Şamaxı”), Adi Mehremiç, Elmir Tağıyev, Pedro Nuno və Ayub Masika da “dənizçilər”lə yollarını ayırıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: