Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa klubu müdafiəçi Burak Bekaroğlunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.
Burak Bekaroğlu 2021-ci ilin yayından “Fatih Karagümrük”ün uğurları üçün çalışırdı. O, bir neçə gün öncə sözügedən klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam vermiş və azad agent statusu almışdı.
Burak “Fatih Karagümrük”də 35 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış müdafiəçi, daha öncə “Sakaryaspor” və “Boluspor” klublarının formasını geyinib.
“Hatayspor” bu mövsüm 13 oyuna topladığı 14 xalla 19 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.


