Hüseynəli Quliyev “Səbail”lə yeni müqavilə bağladı

Premyer Liqada növbəti mövsüm üçün heyətini formalaşdırmağa çalışan “Səbail” qapıçısı Hüseynəli Quliyev ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı qapıçı növbəti iki mövsümdə də bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Hüseynəli Quliyev 2022-ci ilin fevral ayından “Səbail”in formasını geynir. Futbolçu “dənizçilər”in heyətində ötən mövsüm Premyer Liqa çərçivəsində 5 oyunda (450 dəqiqə) meydana çıxıb. Quliyevin “Səbail” karyerası bütövlükdə 22 oyun, 41 buraxılmış qol və 6 “quru” matçdan ibarətdir. O, daha öncə “Sabah” və “Sumqayıt”da da çıxış edib.

“Səbail” daha öncə Yusif Nəbiyev və Samir Abdullayevin də müqaviləsinin müddətini artırmışdı. “Turan Tovuz”dan Fərid Nəbiyevi sıralarına cəlb edən paytaxt klubu Adil Nağıyev, Ağabala Ramazanov və Səlahət Ağayevlə də yollarını ayırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: