İbrahimoviç: “Bir aydan sonra “Milan”la məşqə çıxacağam”

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç peşəkar karyerasını bərpa edəcəyinin mümkünlüyünü açıqlayaraq azarkeşlərə ümid verib.

Arena.az “Sport Mediaset”ə istinadən isveçli ulduzun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Məni lap elə, menecer rolunda olsa da, “Milan”da görmək istəyən hər kəsə minnətdaram. “Milan” həmişə ürəyimdə qalacaq. Bu klubla çox şey yaşadıq. Və azarkeşlərin müvafiq sevgisi mənə güc verir.
İndi heç yerə tələsmirəm. Görək, bundan sonra nə baş verəcək. Karyerama xitam verdiyimi elan edəndən cəmi üç həftə keçib. Ola bilsin ki, meydana qayıdacağam… Bəlkə bir aydan sonra Milanın təlim-məşq düşərgəsində də çalışacağam”.

Xatırladaq ki, daha əvvəl 41 yaşlı Zlatan İbrahimoviç futbolçu karyerasını bitirdiyini elan etmiş, 24 illik karyerasını təhlil edərək bu haqda danışmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: