İkinci Liqada mükafatlandırma günü bəlli oldu

Futbol üzrə Azərbaycan İkinci Liqasında artıq başa çatmış 2025/2026-cı illər mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, mükafatlandırma mərasimi mayın 24-də Binə qəsəbə stadionunda təşkil ediləcək. Saat 16:30-da başlayacaq mərasimdə qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaqlar. Qalibə kubok təqdim ediləcək. Həmçinin mövsümün bombardirinə mükafat veriləcək.

Xatırladaq ki, İkinci Liqanın 2025/2026-cı illər mövsümünün qalibi 27 oyuna 76 xal toplamış “Xankəndi” komandası olub. Sözügedən kollektiv çempionluqdan əlavə Birinci Liqaya vəsiqə qazanıb. “Qaradağ Lökbatan” 71 xalla gümüş, “Quba” 51 xalla bürünc medallara sahib çıxıb.

Bəhruz Teymurov (“Xankəndi”) vurduğu 27 qolla mövsümün bombardiri olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: