“Şimal” – “Qaradağ” matçının başlama saatı də bəlli oldu

Birinci Liqada çıxış etmək uğrunda “Şimal” və “Qaradağ Lökbatan” arasında keçiriləcək pley-off matçının keçirilmə vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, həlledici görüş mayın 27-də Şamaxıda baş tutacaq. Qarşılaşmaya saat 16:00-da start veriləcək.

Xatırladaq ki, “Şimal” Birinci Liqada 20 xal toplayaraq 9-cu yeri tutub. Xaçmaz təmsilçisi cari mövsümdə İkinci Liqanı ikinci sırada başa vurmuş “Qaradağ Lökbatan”la üz-üzə gəlmək hüququ qazanıb. Bir matçdan ibarət olan qarşılaşmada qələbə qazanacaq tərəf 2026/2027-ci illər mövsümündə Birinci Liqada çıxış etmək hüququ qazanacaq.

Birinci Liqaya vəsiqə uğrunda pley-off matçı
27 may

“Şimal” – “Qaradağ Lökbatan”
Şamaxı şəhər stadionu, 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: