Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün sonuncu – 27-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Məhz bu oyunlardan sonra Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşib. “Səbail”i məğlub edən “Mingəçevir” “Qəbələ”yə rəqib olub. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçirilmiş oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 51-ə çatdırmış “Mingəçevir” turnir cədvəlində ikinci sıraya yüksəlib və adını pley-offa yazdırıb. “Səbail” isə mövsümü 50 xalla üçüncü pillədə başa vurub.
Beləliklə, Birinci Liqada ikinci yeri tutmuş bölgə təmsilçisi Azərbaycan Premyer Liqasında 11-ci sırada yer almış “Qəbələ” ilə pley-off maçında üz-üzə gələcək.
Bu gün keçirilmiş digər oyunlarda “Şahdağ Qusar”la “Baku Sportinq”lə sülh bağlayıb – 1:1. “Zaqatala” isə çempion “Şəfa”ya 2:1 hesabıyla qalib gəlib.
Birinci Liqa
27-ci tur
21 may
MOİK – “Difai” 4:0
Qollar: Mehrac Baxışlı, 2. Solomon Yadom, 24. Seyxan Fərəcov, 79. Balamirzə Soltanov, 89.
Hakimlər: Murad Səlimov, Safalı Ağayev, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu, 17:00.
“Cəbrayıl” – “Şimal” 2:3
Qollar: Dileyn Açimi, 29; 55 – Niyazi Osmanov, 56. Nemət Şıxamirov, 64; 77.
Hakimlər: Əkbər Əhmədov, Anar Bədəlov, Elmin Süleymanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
22 may
“Zaqatala” – “Şəfa” 2:1
Qollar: Sərxan Abdullayev, 49. Mahmud Məmmədov, 53 – İbrahim Əliyev, 10.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Elçin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
“Şahdağ Qusar” – “Baku Sportinq” 1:1
Qollar: Peter Aqblevor, 46 – Elşad Tağıyev, 29.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Mingəçevir” – “Səbail” 4:1
Qollar: Elmin Bayramov, 14. Elçin Mustafayev, 29. Əkbər Eyubov, 53. Kənan Quliyev, 90+2-pen – Qurban Səfərov, 42.
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Asif Abdullayev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 17:00.


