Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyun gününün ilk qarşılaşması artıq başa çatıb.
“İmişli” Şamaxıda “Cəbrayıl”ı sınağa çəkib. Altı qolun qeydə alındığı oyunda “İmişli” darmadağınla qalib gəlib. Nəticədə sözügedən komanda Azərbaycan Kubokunun 1/8 final mərhələsində iştirak hüququ əldə edib. 1-ci Liqa təmsilçisi 1/8 finalda “Kəpəz”lə üz-üzə gələcək. 1/8 final qarşılaşmaları dekabrın 3-4-də keçiriləcək.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
31 oktyabr
“İmişli” – “Cəbrayıl” 5:1
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
Mərhələnin daha öncə keçirilmiş oyunlarında qeydə alınmış nəticələr belədir:
“Turan Tovuz” – “Hypers Quba” 7:2
MOİK – “Şimal” 3:1
“Şahdağ Qusar” – “Araz-Naxçıvan” 0:4
“Ağdaş” – “Kəpəz” 0:6
“Dinamo” – “Səbail” 0:6
“Şamaxı” – “Şəmkir” 6:1
“Mingəçevir” – “Zaqatala” 1:0
“Qaradağ Lökbatan” – “Karvan” 3:0
“Şəfa” – “Difai” 2:3
Qeyd edək ki, bu oyunlardan sonra Azərbaycan kubokunun 1/8 final mərhələsinin 7 cütü dəqiqləşib. Növbəti mərhələdə aşağıdakı komandalar üz-üzə gələcəklər:
“Sumqayıt” – MOİK
“Turan Tovuz” – “Sabah”
“Zirə” – “Şamaxı”
“Qaradağ Lökbatan” – “Səbail”
“Araz-Naxçıvan” – “Mingəçevir”
“Neftçi” – “Difai”
“Kəpəz” – “İmişli”


