İngiltərə yığması isidilən çadırlarda məşq edir

İngiltərə yığması 2026-cı il dünya çempionatına qeyri-adi üsulla hazırlaşması ilə futbol ictimaiyyətinin diqqətini çəkib.

Arena.az ESPN şəbəkəsinə istinadən məlumat verir ki, “üç şir” isidilən xüsusi çadırlarda məşq edir ki, yarış zamanın havanın yüksək hərarətinə tab gətirə bilsin.

Hazırda İngiltərə yığması İspaniyadadır. Komanda dünya çempinatının təsnifat mərhələsi çərçivəsində iyunun 7-də Andorra yığmasına qarşı keçiriləcək oyuna hazırlaşır. Komandanın məşğələlərinə veloməşq daxildir. Məşqlərdən sonra futbolçular xüsusi müayinədən keçiriləcəklər və həkimlər yüksək hərarətin onların bədənələrinə necə təsir göstərdiyini öyrənib qiymətləndirəcəklər.

Xatırladaq ki, 2026-cı iliin dünya çempionatı Kanada, Meksika və ABŞ-da keçiriləcək. Təxmin edilir ki, oyunların keçiriləcəyi bəzi məkanlarda havanın hərarəti 32 °C-dən yüksək ola bilər. FIFA-nın tələblərinə əsasən, müvafiq hallarda oyunların 30-cu və 75-ci dəqiqələrində sərinlik fasiləsi tətbiq edilir.

Əlavə edək ki, İngiltərə millisi 2026-cı il dünya çempionatının Avopa bölgəsinin “K” qrupunda 6 xalla yarış cədvəlinə başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: