İngiltərə yığmasında ciddi itki

Futbol üzrə İngiltərə milli komandasının və “Everton”un qapıçısı Cordan Pikford zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu Premyer Liqanın 28-ci turunun “Bernli” ilə matçında (1:2) zədələnib.

Pikford zədə səbəbindən İngiltərə yığmasının DÇ-2022-nin seçmə mərhələsində çərçivəsində bu ay keçirəcəyi oyunları buraxmalı olacaq.

İngiltərə yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 25-də San Marino, 28-də Albaniya, 31-də isə Polşa ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: