İsraildə penaltilər silsiləsində yeni dünya rekordu qeydə alındı

Mayın 20-də İsraildə oyunsonrası penaltilər silsiləsində qapıya zərbələrin sayı üzrə yeni dünya rekordu qeydə alınıb.

Arena.az bu barədə “Ginnesin rekordlar kitabı”na istinadən məlumat verir.

Yeni dünya rekordu İsrailin ikinci liqasına yüksəlmək uğrunda birinci mərhələnin “Dimona” və “Şimşon” komandalarının qarşılaşdığı ələmə oyununda qeydə alınıb. Əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatmış oyunun oyunsonrası penaltilər silsiləsində “Dimona” “Şimşon” üzərində 23:22 hesablı qələbə qazanıb. Qapıya 56 zərbə vurulub ki, bu da mütləq dünya rekordudur.

Buna qədər mütləq dünya rekordu 2005-ci ildə Namibiya Kubokunun finalında qeydə alınmışdı. “Palas” və “Siviks” komandaları arasında keçirilmiş oyun 2:2 hesabı başa çatmış, qapıya 48 zərbənin vurulduğu oyunsonrası penaltilər silsiləsi isə 17:16 hesbı ilə “Palas”ın xeyrinə bitmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: