Joao Mario milli karyerasını başa vurdu

Futbol üzrə Portuqaliya yığmasının və “Benfika”nın yarımmüdafiəçisi Joao Mario milli karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə 30 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bildirib.

O, artıq milli ilə vidalaşmağın vaxtı olduğunu bildirib. Bu, son dövrlərdə Rafa Silvadan sonradan Portuqaliya yığmasındakı ikinci ayrılıqdır.

Xatırladaq ki, Joao Mario 2014-cü ildən Portuqaliya yığmasında çıxış edirdi. O, millidə 55 oyun keçirib, 3 qola imza atıb. Tətcrübəli futbolçu Portuqaliya milli komandasının heyətində AÇ-2016-nın qalibi olub.

J.Mario 2021-ci ilin iyul ayından “Benfika”nın uğurları üçün çalışır. O, bir neçə gün öncə heyətində Portuqaliya çempionu olduğu bu komandada 96 oyun keçirib, 27 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Joao “Benfika”nın əzəli rəqiblərindən olan “Sportinq”in yetirməsidir və vaxtilə bu komandada 127 oyuna 16 qol vurub, 20 asist edib. Futbolçu vətənində “Vitoriya”nın (Setubal) da uğurları üçün çalışıb – 16 oyun, 6 məhsuldar ötürmə. O, İtaliyada “İnter”in (69 oyun, 4 qol, 13 asist), İngiltərədə “Vest Hem”in (14 oyun, 2 qol, 1 asist), Rusiyada Moskva “Lokomotiv”inin (22 oyun, 1 qol, 7 asist) də formasını geyinib.