Kənan Quliyev “Şamaxı”ya lazım olmadı

Azərbaycan Premyer Liqasına vəsiqə qazanmış “Şamaxı” daha bir futbolçusu – müdafiəçi Kənan Quliyev ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Quliyevə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Kənan Quliyev 2023-cü ilin sentyabr ayından “Şamaxı”da forma geyinirdi. 23 yaşlı futbolçu daha öncə “Qarabağ” və “Səbail”in əvəzedici komandalarında da oynayıb.

“Şamaxı” daha öncə Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərovla da yollarını ayırmışdı. Sahib Həsənov isə “Difau Ağsu”ya icarəyə verilib.

Gedənlərin əvəzində “Şamaxı” Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”), Rauf Rüstəmli (“Sabah”, icarə), Belaydi Pusi (“Turan Tovuz”), Brahim Konate (“Hapoel”, Afula, İsrail), Georgi Kantariya (“Nejmeh”, Livan) və Rikardo Fernandesi (“Torreense”, Portuqaliya) transfer edib. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də bu kluba qayıdıb. Səbayıl Bağırov, Abdulla Seydəhmədov, Emin Zamanov və Sahib Həsənovla da yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: