“Kəpəz” Bakıda debütantla yoxlama oyunu keçirəcək

Azərbaycan Premyer Liqasında yeni mövsümə Bakıda hazırlaşan “Kəpəz” yoxlama oyunu keçirmək üçün özünə daha bir rəqib tapıb.

Arena.az xəbər verir ki, “sarı-göylər” elitanın debütantı “Araz Naxçıvan” ilə qarşılaşacaqlar.

Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, yoxlama oyunu iyulun 20-nə təyin olunub. Matç “Dalğa Arena”da reallaşacaq.

Xatırladaq ki, “Kəpəz” “Dalğa Arena”da təlim-məşq toplanışındadır. Komanda iyulun 28-nə kimi paytaxtda hazırlıq keçəcək. Gəncə təmsilçisi hazırlıq çərçivəsində artıq iki yoxlama oyunu keçirib. Azər Məmmədov komandasını “Səbail” və “Zirə” ilə görüşlərdə sınaqdan keçirib. Gəncəlilər hər iki görüşdə 1:2 hesablı məğlubiyyətə üzülüblər.

“Araz Naxçıvan” isə indiyə qədər cəmi bir yoxlama keçirib. Premyer Liqanın yeni iştirakçısı “Turan Tovuz”la matçda 1:5 hesablı məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: