“Kəpəz” daha bir gürcü futbolçu transfer etdi

Qarşıdakı mövsümü Premyer Liqada keçirəcək “Kəpəz” daha bir futbolçu ilə müqavilə bağlayıb. Arena.az xəbər verir ki, Gəncə təmsilçisi cinah yarımmüdafiəçisi mövqeyində oynayan gürcüstanlı Mate Kvirkviyanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

Mate Kvirkviya son olaraq Gürcüstanın “Qaqra” klubunun şərəfini qoruyub. O, daha öncə “Samtrediya”, “Dinamo” (Tiflis), “Dinamo” (Batumi), “Torpedo” (Kutaisi), “Dila” və “Zestafoni” kimi klubların da formasını geyinib. Mate Tiflis “Dinamo”su və Kutaisi “Torpedo”su ilə Gürcüstan çempionu da olub. O, müxtəlif yaş qrupları üzrə yığmalarda da çıxış edib.

“Kəpəz” bu gün digər gürcü futbolçu Georgi Kantariya ilə də müqavilə imzalandığını açıqlamışdı. Gəncə klubu bu yay Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Samir Məhərrəmli və Zamiq Əliyevi də heyətinə qatmışdı. Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımovla yollarını ayıran bu klubda Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov və Bəhruz Teymurovla yeni müqavilə imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: