“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Gəncə klubu “Neftçi”dən ayrılan qapıçı Kamran İbrahimovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc qolkiperlə bir illik anlaşma əldə olunub.
Kamran İbrahimov “Neftçi”nin yetirməsidir. O, son illərdə paytaxt klubunun əsas komandasında da forma geyinməsinə baxmayaraq, bu yay klub gənc qapıçı ilə başa çatan müqavilənin müddətini artırmadı.
“Kəpəz” daha öncə Tural Axundov və Elvin Yunuszadəni də heyətinə qatmışdı. Əvəzində Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımovla da yollar ayrılmışdı.


