“Kəpəz” Yaşar Vahabzadə ilə “davam” dedi

Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz” baş məşqçi seçimini edib. Arena.az xəvər verir ki, komandanı yeni mövsümdə də Yaşar Vahabzadənin çalışdıracağı rəsmiləşib.

Bu barədə Gəncə klubunun rəsmi saytı məlumat yayıb. 62 yaşlı məşqçi ilə bir illik müqavilə imzalanıb.

Xatırladaq ki, Birinci Divizionda son üç mövsümdə komandanın baş məşqçisi Yaşar Vahabzadə olub. Azarkeşlərin bu mütəxəssisdən narazı olmasına, komandanın son mövsümdə həttta Birinci Divizionda 7-ci yeri tutmasına baxmayaraq, “Kəpəz” rəhbərliyi elitada da məhz bu mütəxəssisin rəhbərliyi altında oynamağa qərar verib. Halbuki, komandanın güclülər liqasında daha iddialı məşqçiyə tapşırılması gündəmdə idi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: