Keylor Navas PSJ-ni “Nottingem Forest”ə dəyişdi

Futbol üzrə Kosta Rika milli komandasının qapıçısı Keylor Navas Fransanın PSJ klubundan ayrılıb. Arena.az xəbər verir ki, 36 yaşlı qapıçı İngiltərənin “Nottingem Forest” komandasına keçib.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli qolkiperin bu mövsümün sonuna kimi icarəyə götürüldüyü diqqətə çatdırılıb.

Keylor Navas 2019-cu ilin sentyabr ayında 15 milyon avro qarşılığında Madrid “Real”ından (İspaniya) PSJ-yə keçib. Təcrübəli qolkiper Paris təmsilçisində 108 oyun keçirib. O, əvvəllər “Levante”, “Albasete” və “Saprissa”nın da formasını geyinib. Navas Kosta Rika milli komandasında da 110 matça çıxıb.

PSJ gənc yarımmüdafiəçisi Ayman Karini də Liqa 1-in digər təmsilçisi “Loryan”a icarəyə verib. Paris klubunun öz yetirməsi olan 18 yaşlı futbolçu əsas komandada debüt etməyib. O, Fransanın U-18 və U-19 yığmalarına dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: