Klopp Mbappenin “Liverpul”a keçid imkanları haqda danışdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp PSJ-nin hücumçusu Kilian Mbappe ilə maraqlanmaları haqda yayılan xəbərlərə münasibət bildirib.

Arena.az bu barədə “Goal” portalına istinadən məlumat verir:

“Fikrimcə, o, həqiqətən də yaxşı oyunçudur, ancaq onunla müqavilə bağlamaq üçün maliyyə şərtləri bizi tamamilə qane etmir.
Bildiyimə görə, “Liverpul”la Mbappe arasında heç nə yoxdur. Amma ola bilər ki, klubda kimsə nəsə hazırlayır və mənə sürpriz etmək istəyir. Lakin burada işlədiyim səkkiz il ərzində beləsi baş verməyib. Bu, ilk dəfə baş verər”, deyə Klopp zarafatyana bildirib.

Daha əvvəl PSJ-nin Mbappeni komandanın Yaponiyadakı mövsümöncəsi təlim-məşq toplanışından xaric edərək, satışa çıxardığı məlum olub. Paris klubunun rəhbərliyi bunu ulduz futbolçunun “Real”la gizli razılaşma əldə etməsinə əmin olması ilə əlaqələndirib.

Xatırladaq ki, “Liverpul” ulduz hücumçunun icarəsində maraqlıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: