“Korintians”da çirkli pulların yuyulması ilə bağlı istintaq

San-Paulu ştatının mülki polisi Braziliya nəhəngi “Korintians” klubunda çirkli pulların yuyulması ilə bağlı polis araşdırmasına başlayıb.

Arena.az bu barədə “UOLEsporte” dərgisinə istinadən məlumat verir.

“Korintians”da mühüm vəzifələr tutmuş və ya müvafiq vəzifələrə iddia etmiş şəxslər istintaq altındadırlar. Bu şəxslər – klub prezidenti Duiliu Monteyru Alves, komandanın sabiq prezidenti Andres Sançes, prezidentliyə namizəd Andre Luis de Oliveyra, həmçinin iş adamı Fernando Qarsiyadır.

İstintaq araşdırmasının aparılması, müvafiq xahişlə bağlı prokurorluğa daxil olmuş üç anonim şikayət əsasında açılıb. İstintaq klubun resurslarından şəxsi məqsədlər üçün istifadə edilib-edilmədiyini və məxfi məlumatların üçüncü şəxslərlə paylaşılıb-paylaşılmadığını müəyyən edəcək.

Hazırda “Korintians” Braziliya A Seriyasında keçirdiyi 31 turdan sonra 40 xalla turnir cədbvəlinin 12-ci pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: