Kristiano Ronaldo daha bir tarixi ilkə imza atdı

Kristiano Ronaldo dünən Reykyavikdə Portuqaliya yığmasının heyətində İspalndiya yığması ilə görüşdə 200-cü beynəlxalq oyununa çıxıb.

Arena.az xəbər verir ki, bununla da portuqal ulduz yığma komandada 200 oyun keçirən ilk oyunçu olub ki, bu da dünya futbol tarixində ilk və mütləq rekorddur.

Ronaldo bu uğuru sayəsində Ginnesin Rekordlar Kitabına da düşməyi bacarıb. Oyundan əvvəl ulduz hücumçuya dünyada yığma komandada 200 oyun keçirən ilk futbolçu olduğunu təsdiqləyən sertifikat təqdim edilib.

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş oyun Krsitiano üçün ikiqat əlamətdar olub. Ulduz hücumçu 89-cu dəqiqədə vurduğu qolla komandasının qələbəsini təmin edib – 1:0.

Yeri gəlmişkən, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) milli komandalarda ən çox oyun keçirmiş futbolçuların yeni siyahısını açıqlayıb. Son rəsmi görüşlərin ardından yığmalarında ən çox iştirak etmiş 15 oyunçunun siyahısı dərc olunub. Oyunların hesablanması zamanı yalnız FIFA tərəfindən tanınan matçlar nəzərə alınıb. Cədvələ Portuqaliya millisində 200-cü matçını keçirmiş Ronaldo başçılıq edir. Onun ən yaxın izləyicisi küveytli Bader əl-Mutavadı. Argentinalı Lionel Messi isə 175 görüşlə 10-cu yeri bölüşdürür.

  1. Kristiano Ronaldo (Portuqaliya) – 200 oyun
  2. Bader əl-Mutava (Küveyt) – 196
  3. So Çin Ann (Malayziya) – 195
  4. Ahmed Hassan (Misir) – 184
  5. Ahmed Kano (Oman) – 183
  6. Serxio Ramos (İspaniya) – 180
  7. Andres Kuadrado (Meksika) – 179
  8. Klaudio Suares (Meksika) – 177
  9. Canluici Buffon (İtaliya) – 176
  10. Maynor Fiqeroa (Honduras) – 175
  11. Lionel Messi (Argentina) – 175
  12. Məhəmməd Əl-Deayea (Səudiyyə Ərəbistanı) – 173
  13. Amer Şafi (İordaniya) – 173
  14. Hassan Əl-Haydos (Qətər) – 172
  15. Hossam Hassan (Miir) – 170

Xatırladaq ki, Azərbaycan yığmasının oyun sayında rekordçusu Rəşad Sadıqovdur. Sabiq kapitan millidə 111 matçda iştirak edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: