Portuqaliya yığmasının kapitanı, 40 yaşlı veteran hücumçu Kristiano Ronaldo özünə məxsus olan qol rekordlarını yeniləyib.
Arena.az məlumat verir ki, ulduz futbolçu UEFA Millətlər Liqasının yarımfinalında Almaniya yığması ilə oyunda (2:1) həlledici qol imza atmaqla, karyerası ərzində vurduğu qolların sayını 937-yə çatıdırıb.
Bununla da o, özünə məxsus olan, qolçuluq üzrə mütləq dünya rekordunu yeniləyib.
Bu qol Ronaldonun həmçinin milli komandası üçün 220-ci oyununda vurduğu 137-ci qoldur. Hər iki göstərici mütləq dünya rekordudur.
UEFA Millətlər Liqasının finalına yüksəlmiş Portuqaliya yığması həlledici oyunda İspaniya – Fransa cütünün qalibi ilə qarşılaşacaq. Göründüyü kimi, Kristiano Ronaldonun şəxsi rekordlarını daha da yaxşılaşdırmaq imkanı var.


