Lage: “Bayen”i komanda oyunu hesabına məğlub etdik”

“Benfika”nın baş məşqçisi Bruno Lage FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 3-cü turunun “Bayern”lə oyununu (1:0) şərh edib.

Arena.az FIFA-nın rəsmi saytına istinadən, 49 yaşlı portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bu, komanda işi idi. Düşünürəm ki, işin mahiyyəti məhz bundadır, həmçinin onda ki, biz “Bayern”ə qarşı artıq, oynamışdıq. Biz, onlara qarşı oyunun nə qədər çətin oludğunu bilirik və nəticələr çıxarmışdıq. Amma əsası, bizim, topla necə davranmağımızdadır. Düşünürəm ki, biz bunun öhdəsindən çox yaxşı gəldik. Hücuma cəldliklə keçmək gərək olduqda, biz bunu edirdik. Topa nəzarət edib ötürmək lazım gəldikdə isə, həmçinin öhdəsindən gəlirdik.
Nəticədə biz çoxuna müvəffəq olduq, xüsusilə komanda oyunu baxımından. Biz qrupda birinci yeri tutduq və yolumuza davam edirik”, deyə Lage vurğulayıb.

3-turdan sonra “Benfika”nın yer aldığı “C” qrupunun yekun yarış cəvəli belə mənzərə yaradır:

  1. “Benfika” – 7 xal;
  2. “Bayern” – 6 xal;
  3. “Boka Xuniors” – 2 xal;
  4. “Oklend Siti” – 1 xal.

“Boka Xuniors” və “Oklend Siti” evə yollanırlar. “Benfika” və “Bayern” isə yarışın 1/8 final mərhələsində çıxış edəcəklər. Portuqaliya nəhəngi İngiltərə təmsilçisi “Çelsi” ilə qarşılaşacaq. Almaniya nəhəngi isə Braziliya nəhəngi “Flamenqo” ilə üzləşəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: