Leandro Paredes “Roma”ya qayıdışından danışdı

PSJ-nin argentinalı dayaq yarımmüdafiəçisi Leandro Paredes yenidən “Roma”ya qayıtmasına dair fikirlərini bölüşüb.

Arena.az bu barədə “Roma”nın mətbuat xidmətinə istinadən məlumat verir.

Argentinalı “dayaqçı” paytaxt nəhəngi ilə iki mövsümlük müqavilə bağladıqdan sonra klubun rəsmi saytına bunları söyləyib:

“Romaya qayıtmaq həmişə həyəcanlıdır, “Roma” forması ilə oynamaq isə daha da həyəcanlıdır. Azarkeşlərə məni qəbul etdikləri üçün, kluba isə məni Avropa karyeramın başlamasına rəvac verən komandaya qaytardığı üçün təşəkkür edirəm.

Keçən il Dünya Kubokunu qazandığım üçün böyük sevinc yaşadım, amma indi qalib gəlməkdə davam etmək istəyirəm. Əminəm ki, “Roma” ilə bunu bacaracağam”, deyə Paredes inamını nümayiş etdirib.

Paredes “Roma”da hələ 2014-2017-ci illərdə çıxış edib və oradan Sankt-Peterburq “Zenit”inə keçib. 2017-2019-cu illərdə “Zenit”də oynamış “dayaqçı” daha sonra PSJ-yə keçərək, ötən mövsüm “Yuventus”a icarəyə verilib.

Geridə qalmış 2022/2023 mövsümündə Paredes icarə əsasında çıxış etdiyi “qoca sinyora”nın heyətində 35 oyuna çıxıb, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Paredes 2017-ci ildə debüt etdiyi Argentina yığmasının heyətində 54 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Leandro 2022-ci ildə Qətərdə keçirilmiş FIFA Dünya Kubokunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: