İngiltərə millisinin baş məşqçisi əvəzi Li Karsli “Uembli”də Yunanıstan yığmasına gözlənilməz ev məğlubiyyətinə aydınlıq gətirib.
Arena.az məlumat verir ki, “üç şir” UEFA Millətlər Liqasının B Liqasının 2-ci qrupunun 3-cü turu çərçivəsində Yunanıstan yığması ilə oyunda 1:2 hesabı ilə məğlub olub.
Vurğulayaq ki, yunanlar qələbə qolunu oyuna əlavə edilmiş təzminat müddətində (90+4-cü dəqiqə) vurublar.
Li Karsli matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu axşamın çox hissəsini ikinci nömrə olaraq oynadıq. Bu, məyusedicidir. Fərqli bir xüsusu sınadıq və fərqli oynadıq, amma təəssüf ki, bu, bizim üçün keçmədi.
Bu, yenidən cəhd etmək gərək olan bir haldır. Malik olduğumuz keyfiyyət mənzərəsəində bütün qollar səhvlərimiz ucbatından vuruldu.
Bu gün çox da yaxşı oynamadıq. Ola bilsin ki, meydanın müxtəlif hissələrində mübarizəni çox tez-tez uduzurduq. Buraxdığımız qollar öyrəşdiyimiz səviyyəyə müvafiq deyildi. Düşünürəm ki, Yunanıstan yığmasına oynadığı oyuna görə dəyər vermək də vacibdir. Biz kamilləşməli olduğumuzu bilirik.
Mənə elə gəlirdi ki, biz topu bəzən kifayət qədər yaxşı saxlaya bilmirik, bu, o deməkdir ki, sən tamamilə açıq vəziyyətdəsən. Mən futbolçulara daha yığcam fəaliyyət göstərmələri üçün necə daha çox imkan verə biləcəyim üzərində mütləq düşünməliyəm”, – UEFA-nın rəsmi saytı irland mütəxəssisdən sitat gətirir.
3 turdan sonra İngiltərə yığması UEFA Millətlər Liqasının B Liqasının 2-ci qrupunun yarış cədvəlində 6 xalla 2-ci pillədə qərarlaşıb. Yarış cədvəlinə 9 xalla Yunanıstan yığması başçılıq edir. İrlandiya yığması 3 xalla 3-cü pillədədir. Xalsız Finlandiya yığması isə qrup sonuncusudur.


