Liqa 1: “Lill”dən “Brest” üzərində əzmkar qələbə

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 25-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Lill” doğma meydanda “Brest”lə üz-üzə gəlib. Matçda hesabı ilk hissədə qonaqlar açıblar. Amma erkən qoldan sarsılmayan meydan sahibləri son yarım saatda buraxılan topun əvəzini artıqlaması ilə çıxıblar.

25-ci turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
25-ci tur
24 fevral

Lill – Brest 2:1
Qol: Diakite, 60. Alexsandro, 80 – Djalo, 8-öz qapısına.

25 fevral

20:00. Anje – Olimpik (Lion)
00:00. Monpelye – Lans

26 fevral

16:00. Loryan – Oser
18:00. Ayaçço – Trua
18:00. Klermon – Strasburq
18:00. Nant – Renn
18:00. Reyms – Tuluza
20:05. Monako – Nitsa
23:45. Olimpik (Marsel) – PSJ

Xəbəri sosial şəbəkələrdə paylaş: