“Liverpul” yenə məğlub oldu, “Çelsi” xal itirdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.

“Bernli” – “Vest Bromviç” görüşündə qapılara qol vurulmayıb. “Fulhem” isə “Şeffild Yunayted”i məğlub yola salıb.

Tomas Tuxelin rəhbərlik etdiyi “Çelsi” bu turda çətin “Sauthempton” səfərinə yollanıb və xal itkisi ilə üzləşib.

Ardıcıl üç oyundur məğlub olan son çempion “Liverpul”un bu dəfəki rəqibi Mersisaydın digər təmsilçisi “Everton” olub. “Qırmızılar” derbidən də məğlub ayrılıblar.

İngiltərə Premyer Liqası
25-ci tur

19 fevral

Vulverhempton – Lids 1:0
Qol: Melye, 64-öz qapısına.

20 fevral

Sauthempton – Çelsi 1:1
Qol: Minamino, 33 – Mount, 54-pen.

Bernli – Vest Bromviç 0:0

Liverpul – Everton 0:2
Qol: Riçarlison, 3. Siqurdsson, 83-pen.

Fulhem – Şeffild Yunayted 1:0
Qol: Lukman, 61.

21 fevral

16:00 Vest Hem – Tottenhem
18:00 Aston Villa – Lester
20:30 Arsenal – Mançester Siti
23:00 Mançester Yunayted – Nyukasl

22 fevral

00:00 Brayton – Kristal Pelas

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: