Lui van Qal: “Xərçəng məni daha narahat etmir”

73 yaşlı niderlandlı məşhur mütəxəssis Lui van Qal bildirib ki, düçar olduğu bədxassəli şiş onu daha narahat etmir.

Arena.az ESPN şəbəkəsinə istinadən, 73 yaşlı niderlandlı mütəxəssin müvafiq açıqlamasını təqdim edir:

“Xərçəng məni daha narahat etmir. İki il öncə mənim üzərimdə bir neçə cərrahi əməliyyat apardılar. Əvvəlcə, hər şey pis idi. Yekunda hər şey ötüşdü, amma indi mən öhdəsindən gəlirəm. Bir neçə aydan bir mən tibbi baxışdan keçirəm, hər şey də yaxşı gedir. Mən özümü tədricən yaxşı hiss edirəm”, deyə Van Qal vurğulayıb.

Lui van Qal hazırda “Ayaks”da məsləhətçi olaraq çalışır.

Xatırladaq ki, Van Qalın məşqçi olaraq sonuncu iş yeri 2021-2022-ci illərdə çalışdırdığı Niderland yığması olub. Mütəxəssisin sonuncu klubu isə iki mövsüm çalışdırdığı “Mançester Yunayted” olub. Van Qal “qırmızı şeytanlar”dan 2016-cı ildə ayrılıb. Həmçinin Lui van Qal uzun karyerası ərzində “Barselona” və “Bayern” kimi nəhənglərin sükanı arxasında çalışıb. Mütəxəssis vətənində Niderland nəhəngi “Ayaks” və “Alkmar”ı çalışdırıb.

Əlavə edək ki, Van Qal özünün ötkəm xasiyyəti, nizam-intizamı ilə tanınır. Bununla yanaşı niderlandlı mütəxəssis kobud yumoru ilə də ad çıxarıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: