Braziliyanın əfsanəvi futbol mütəxəssislərindən olan Luis Felipe Skolari baş məşqçi karyerasını bərpa edib.
Arena.az xəbər verir ki, 74 yaşlı məşqçi “Atletiko Mineyro”nun baş məşqçisi təyin olunub.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Skolari bu klubla 2024-cü ilin sonuna qədər müqavilə imzalayıb.
Xatırladaq ki, Skolari 2022-ci ilin noyabrında Braziliyanın digər klubu “Atletiko Paranaense”dən ayrılaraq məşqçilik karyerasını başa vurduğunu açıqlamışdı.
Luis Felipe Skolari 1982-ci ildən baş məşqçi kimi fəaliyyət göstərir. O, ölkəsində “Yuventude”, “Qremio”, “Qoyas”, “Koritiba”, “Krisiuma”, “Palmeyras”, “Kruzeyro” kimi klublarda çalışıb. Təcrübəli məşqçi Səudiyyə Ərəbistanında “Əl-Şabab”, “Əl-Əhli”, Küveytdə “Əl-Kadisiya”, Yaponiyada “Cubilo İvata”, İngiltərədə “Çelsi”, Özbəkistanda “Bunyodkor”, Çində “Quançjou Everqrand” klublarında da baş məşqçilik edib.
Skolarinin çalışdırdığı komandalar arasında Küveyt, Braziliya, Portuqaliya yığmaları da var. O, Braziliya millisi ilə 2022-ci ildə dünya çempionu olub.
Skolari “Əl-Kadisiya”, “Krisiuma”, “Qremio”, “Palmeyras”, “Kruzeyro”, “Bunyodkor”, “Quançjou Everqrand” klubları ilə də müxtəlif çempionluqlar və kubok sevinci yaşayıb. Braziliyalı mütəxəssis FİFA tərəfindən 2022-ci ilin məşqçisi elan olunub.


