“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov qapıçının cari oyun səviyyəsi ilə bağlı fikirlərini paylaşıb.
Arena.az məlumat verir ki, Smirnov bu barədə “Çempionat”ın müxbiri Vladislav Kruqlovla söhbətində danşıb:
“Andrey Lunyovun oyunu Avropa Liqasının 10 oyunu ərzində futbol səviyyəsində heç bir eniş olmadan sabit idi. “Bayer”lə geridə qalmış oyunda Andrey həmişə olduğu kimi öz səviyyəsini qorudu. “Qarabağ”ın bir çox oyunçuları kimi, Lunyovun da səhvləri vardı, amma onlar, buraxılmış qollara səbəb olmadı. Qalan halda, Andrey keyfiyyətli futbol nümayiş etdirdi, ayaqları ilə, çıxışlarda inamlı oynadı, fədakarlıqla, hədəfə uçan hər şey isə dəf edildi. Buraxılmış qollarda çətin ki, Andreyin təqsiri ola.
Mənə elə gəlir ki, bütün futbol Rusiyası “Qarabağ”a baxırdı. Andrey “Qarabağ”da yeganə rusiyalı futbolçusu kimi çıxışı ilə bütün futbol Rusiyasının marağını cəlb edib. Bir futbolçu xalqlar arasında dostluq üçün bax nə edə bilər.
“Qarabağ” “avtobus” qoymadı, komanda canla oynadı və bacardığı qədər hücum futbolu nümayiş etdirdi. Komanda “Bayer”ə iki oyun ərzində dörd qol vurdu, amma təəssüf ki, ümumi hesabda məğlub oldu. Bununla isə komanda rusiyalı azarkeşləri özünə aşiq etdirdi. Mənə elə gəlir ki, Lunyov komandaya gələnə qədər, rusiyalı mütəxəssisləri saymasaq, “Qarabağ” haqda çox adam bilmirdi. Bu gün bu komandanı Rusiyada və Avropada hamı tanıyır və alqışlayır. Bu, Azərbaycandan olan klub üçün böyük addımdır”, deyə Smirnov bildirib.
Xatırladaq ki, 2023-cü ilin yayında “Bayer”dən “Qarabağ”a keçən Andrey Lunyovun Ağdam klubu ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatır. 32 yaşlı qolkiper cari mövsümdə Azərbaycan çempionunun heyətində 26 oyuna çıxıb, 35 qol buraxıb, 8 qarşılaşmada qapısının toxunulmazlığını təmin edə bilib.
Andrey Lunyov daha öncə “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Saturn” və “Bayer”də də forma geyinib. O, Rusiya milli komandasında da 7 oyuna çıxıb.


