Markos Akunya “Sevilya”nı “River Pleyt”ə dəyişdi

Argentinalı sol cinah müdafiəçisi Markos Akunya “Sevilya”dan tamhüquqlu əsasda “River Pleyt”in düşərgəsinə keçib.

Arena.az bu barədə Argentina klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Keçid “River Pleyt”ə 1 milyon avro məbləğində başa gəlib. Akunya “milyonçular”la müddəti 2027-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Markos Akunya futbola Argentinanın “Ferro” klubunda qədəm qoyub və buradan “Rasinq”ə (Avelyaneda) keçib. Akunyanın Avropa karyerası Lissabon “Sportinq”i ilə başlayıb və “Sevilya”da davam edib.

Akunya “Sevilya”nın heyətində ümumilikdə 149 oyuna çıxıb, 6 qol və 16 məhsular ötürmə ilə fərqlənib.

Markos 2016-cı ilin noyabrında debüt etdiyi Argentina yığmasının heyətində 59 oyun keçirib, 7 məhsudlar ötürmə verib.

Markos Akunyanın qənimətlər muzeyində “Rasinq”lə Argentina çempionluğu, “Sportinq”lə Portuqaliya Kuboku və Portuqaliya Liqa Kuboku (2 dəfə), “Sevilya” ilə Avropa Liqası (2022/2023) var.

Milli komanda səviyyəsində Akunya Argentina yığması ilə 2022-ci il dünya çempionatının, Amerika Kubokunun (2021, 2024), həmçinin Avropa və Cənubi Amerika çempionları arasında “Finalissima” oyunun qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı argentinalı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: